"Şamaxı" Azər Bağırovun təyinatını açıqlayıb

Futbol
  • 02 iyun, 2026
  • 12:42
Şamaxı Azər Bağırovun təyinatını açıqlayıb

"Şamaxı"nın yeni baş məşqçisi məlum olub.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu posta Azər Bağırov təyin olunub.

Mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Azər Bağırov son olaraq "Kəpəz"i çalışdırıb.