"Sabah" Ukrayna millisinin sabiq müdafiəçisini transfer etdi
Futbol
- 18 fevral, 2021
- 12:28

"Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Masazır təmsilçisi ukraynalı müdafiəçi Zurab Oçiqavanı transfer edib.
25 yaşlı oyunçu ilə mövsümün sonunadək müqavilə bağlanıb.
Oçiqava peşəkar karyerası ərzində ölkəsinin “İlyiçevets” (2014 - 2015), “Dinamo-2” (Kiyev, 2015 - 2016), “Dinamo” (Kiyev, 2016 - 2017), “Olimpik” (Donetsk, 2017 - 2018), “Dnepr-1” (2018 - 2019), “Vorskla” (2019-20) və Estoniyanın “Levadiya” (2020) klublarında çıxış edib. O, Ukraynanın 21 yaşadək futbolçulardan ibarət yığmasının da üzvü olub.
Yeni transfer “Sabah”da 3 nömrəli formada çıxış edəcək.
Son xəbərlər
22:16
Türkiyənin üç vilayətində meşə yanır
Region21:57
Lənkəranda avtomobil velosipedçini vuraraq öldürüb
Hadisə21:46
"İmişli" klubunun rəhbərliyi və futbolçuları azarkeşlərlə görüşəcək
Futbol21:43
Slovakiyanın Baş naziri Zelenski ilə görüşəcək
Digər ölkələr21:39
Səfir: Pakistan-Azərbaycan qardaşlığı arasında heç nə ola bilməz
Xarici siyasət21:25
Kobaxidze: QHT-lər dövlət əleyhinə fəaliyyət göstəriblər, hər kəs istintaqla əməkdaşlıq etməlidir
Region21:17
Kaya Kallas İranı AEBA ilə tam əməkdaşlığa çağırır
Digər ölkələr21:05
Misirin Baş naziri: İsrail Qəzza ilə bağlı son təklifi qəbul etməlidir
Digər ölkələr21:03