"Sabah" qapıçısı ilə vidalaşıb
Futbol
- 16 dekabr, 2021
- 08:44
"Sabah" qapıçısı Saşa Stamenkoviçlə yollarını ayırıb.
"Report" paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 36 yaşlı qolkiper müqaviləsinə vaxtından öncə xitam verilməsi üçün klub rəhbərliyinə müraciət edib.
Serbiyalı oyunçunun müraciətinə müsbət cavab verilib.
Qeyd edək ki, Saşa Stamenkoviç 2018-ci ildən paytaxt təmsilçisində çıxış edib. Bu günə kimi 67 matçda (63 oyun Azərbaycan Premyer Liqasında, 4 oyun ölkə kubokunda) şans qazanan təcrübəli qolkiper, bu sahədə klubun rekordçusudur. O, komandanın Premyer Liqaya vəsiqə qazandığı 2018/19-cu il mövsümündə 27, 2019/20-ci il mövsümündə 19, 2020/21-ci il mövsümündə 18, cari mövsümdə isə 3 matçda meydana çıxıb.
Son xəbərlər
06:45
İran ətrafında gərginlik Tokio Fond Birjasına təsir edib
Maliyyə06:18
İsrail Livanı bombalamağı dayandırmayacaq
Digər ölkələr05:55
Ermənistan MSK: Paşinyanın partiyası səslərin 51,03%-ni toplayıb - YENİLƏNİB
Region05:54
"Axios": Ağ Ev İsrailin Beyruta hücum etməsinə icazə verməyib
Digər ölkələr05:35
Filippində güclü zəlzələ: Yaponiya sakinlərinə təxliyə edilmələri tövsiyə edilib
Digər ölkələr05:00
Paşinyan Azərbaycan və Türkiyəyə çağırış edib
Region04:50
Britaniya nüvə başlığı daşıya bilən "F-35A"ların alınmasından imtina edə bilər
Digər ölkələr04:18
Tramp: Netanyahu ABŞ-İran arasında istənilən razılaşmanı qəbul etməli olacaq
Digər ölkələr03:42