"Sabah"ın avrokuboklarda ilk qolunun müəllifi ilə yollar ayrılıb
Futbol
- 05 yanvar, 2026
- 21:03
"Sabah" müdafiəçi Boyan Letiçlə yollarını ayırıb.
Klubdan "Report"a verilən məlumata görə, futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Boyan Letiç 2022-ci ilin fevralından "Sabah"ın üzvü idi. O, "bayquşlar"ın heyətində ümumilikdə 125 oyun keçirib.
Letiç "Sabah"ın tarixində önəmli rol oynamış futbolçulardandır. 33 yaşlı müdafiəçi komandanın tarixi ərzində ən çox oyun keçirmiş ikinci oyunçu olmaqla yanaşı, həm də "Sabah"ın avrokuboklarda ilk qolunun müəllifidir.
Letiç "Sabah"ın heyətində Premyer Liqanın gümüş və bürünc medallarını qazanıb, Azərbaycan Kubokunun qalibi olub.
Son xəbərlər
19:25
Vaşinqtonda İsrail ilə Livan arasında danışıqlar başlayıb
Digər ölkələr19:17
ABŞ Prezidenti Britaniyanın Şimal dənizində neft hasilatından imtina etməsini dəlilik adlandırıb
Digər ölkələr19:10
Tramp Macarıstandakı seçkilərdə Orbanın məğlubiyyətindən məyus olub
Digər ölkələr19:03
Güləş üzrə Avropa çempionatı üçün Azərbaycan millilərinin heyəti müəyyənləşib
Fərdi19:01
Azərbaycan Basketbol Liqasının 1/4 final mərhələsinin növbəti oyunu keçirlib
Komanda18:55
Pezeşkian altı ölkənin mövqeyini dəstəkləyib
Region18:45
Ukrayna və Almaniya 4 milyard avroluq müdafiə paketini razılaşdırıb
Digər ölkələr18:45
Gürcüstanın Martvili bələdiyyəsində quduzluq aşkarlanıb
Region18:42