"Sabah"ın zədələnən futbolçusunun son durumu açıqlanıb
Futbol
- 06 oktyabr, 2025
- 11:10

Misli Premyer Liqasının VII turunda, "Karvan-Yevlax"la oyunda zədələnən "Sabah"ın futbolçusu Coy-Lens Mikelsin son durumu açıqlanıb.
Bu barədə "Report"a klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib.
O, alman hücumçunun hazırda özünü yaxşı hiss etdiyini bildirib:
"Mikels hazırda özünü yaxşı hiss edir. Dəqiq diaqnoz bu gün MRT müayinəsindən sonra qoyulacaq. Gün ərzində bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək".
Qeyd edək ki, hücumçu matçın sonlarında rəqib qapıçı Kamran İbrahimovla toqquşduqdan sonra xəstəxanaya aparılıb. Qarşılaşma "Sabah"ın qələbəsi ilə yekunlaşıb - 2:0.
Son xəbərlər
13:10
KİV: Azərbaycan sülh gündəliyinin təşviqini özünün ali borcu hesab edir
Xarici siyasət13:04
Naxçıvanda 9 musiqi məktəbinin adı dəyişdirilib
Mədəniyyət siyasəti13:01
Ukraynalı gimnast 20 yaşında vəfat edib
Fərdi13:01
Gəncədə avtomobil piyadaları vurub, ölən var
Hadisə12:56
Şimali Kiprin Prezidenti Azərbaycana gəlib
Xarici siyasət12:55
Fransanın Baş nazirinin istefasından sonra avro ucuzlaşıb
Maliyyə12:49
Azərbaycan Türkiyədən havalandırma sistemlərinin idxalına çəkdiyi xərci 4 % azaldıb
Maliyyə12:47
Bərdədə pendir sexində partlayışla bağlı cinayət işi başlanıb
Hadisə12:47