"Sabah"ın UEFA Konfrans Liqasındakı rəqibi müəyyənləşib
Futbol
- 18 iyul, 2025
- 00:51
UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Sele"yə (Sloveniya) iki oyunun nəticəsinə əsasən məğlub (2:3, 3:3) olan "Sabah" mübarizəni UEFA Konfrans Liqasında davam etdirəcək.
"Report"un məlumatına görə, paytaxt klubunun turnirin II təsnifat mərhələsindəki rəqibi də müəyyənləşib.
Belə ki, "Sabah" Moldova təmsilçisi "Petrokub"la münasibətləri aydınlaşdıracaq. Bu komanda UEFA Konfrans Liqasının I təsnifat mərhələsində Maltanın "Birkirkara" klubunu iki oyunun nəticəsinə (0:1, 3:0) görə mübarizədən kənarlaşdırıb.
Qeyd edək ki, "Sabah" ilk oyununu səfərdə keçirəcək. UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin matçları iyulun 24-ü və 31-də baş tutacaq.
Son xəbərlər
08:33
Vaşinqton Körfəz ölkələrindən maliyyə dəstəyi gözləyir
Digər ölkələr08:16
Bakıda dörd istiqamətdə tıxac müşahidə olunur
İnfrastruktur08:05
Tramp: İran hələ də raket və dronlara malikdir
Digər ölkələr07:37
SEPAH Hörmüz boğazında iki tankerin partlaması barədə məlumat yayıb
Digər ölkələr07:08
Kamçatka sahillərində 5,5 bal gücündə zəlzələ baş verib
Digər ölkələr06:40
The Washington Post: Vaşinqton İranla genişmiqyaslı müharibəyə hazırlaşır
Digər ölkələr06:18
ABŞ İrana qarşı ardıcıl doqquzuncu gecə hücumları dalğasını başa çatdırıb - YENİLƏNİB
Region05:50
İspaniya millisi FIFA reytinqində birinci yerə yüksələcək
Futbol05:13