"Sabah"ın legioneri koronavirusa görə toplanışda iştirak edə bilmir
Futbol
- 15 yanvar, 2022
- 07:32

"Sabah"ın futbolçusu Şpiro Periçiç klubun Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışında iştirak edə bilmir.
Paytaxt təmsilçisinin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, buna 29 yaşlı xorvatiyalı müdafiəçinin ilin əvvəlində koronavirusa yoluxması səbəb olub.
Hazırda ölkəsində olan Periçiç karantin müddəti bitmədiyi üçün hazırlıq prosesinə qatılmır.
Qeyd edək ki, Murad Musayevin baş məşqçi olduğu komanda bu gün qonşu ölkədə ilk yoxlama oyununu keçirəcək. Paytaxt təmsilçisi Macarıstan "Pakş"ı ilə üz-üzə gələcək. "Sabah" yanvarın 24-də Serbiyanın “Mladost”la (Luçani) klubu ilə oynayacaq. Paytaxt təmsilçisinin hazırlıq prosesindəki sonuncu - üçüncü rəqibi hələlik dəqiqləşməyib.
Son xəbərlər
09:47
Berlində MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisinin açılışı olub
İncəsənət09:42
Abşeronda 20 yaşlı oğlanı qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB
Hadisə09:41
Azərbaycan nefti 2 dollardan çox ucuzlaşıb
Energetika09:31
Bakıda sahəsi 14 min m²-dən çox olan istixanada yanğın olub
Hadisə09:28
Foto
Azərbaycan Çinə fındıq və badam ixrac edəcək
Biznes09:26
Bakı metrosunda problem yaranıb
İnfrastruktur09:15
Messi futbol tarixində daha bir rekorda imza atıb
Futbol09:05
Azərbaycanın beynəlxalq dərəcəli hakimləri təyinat alıblar
Komanda09:03