"Sabah" klubu sabiq futbolçusunu qaytarıb

Futbol
  • 25 iyun, 2024
  • 07:42
Sabah klubu sabiq futbolçusunu qaytarıb

"Sabah" klubu sabiq futbolçusu Coy-Lens Mikelsi qaytarıb.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, almaniyalı vingerlə "1+1" illik müqavilə bağlanıb.

Mikels 2021-2023-cü illərdə “Sabah”ın uğurları üçün çalışıb. O, ötən yay Səudiyyə Ərəbistanının “Əl-Faysal” klubuna transfer edilib. Futbolçu Bakı klubuna azad agent kimi qoşulub.

Qeyd edək ki, Coy-Lens Mikels Bakı klubunun heyətində ən çox qol (69 oyun, 33 qol) vuran futbolçudur.