Rusiya Premyer Liqası: Eyni gündə iki baş məşqçi istefa verdi
Futbol
- 04 aprel, 2021
- 05:20
Futbol üzrə Rusiya Premyer Liqasında eyni gündə iki baş məşqçi istefası gerçəkləşib.
"Report"un məlumatına görə, Murad Musayev "Krasnodar"ı, Rəşid Rəhimov isə "Ufa"nı tərk edib. Onlar komandalarının XXIV tur qarşılaşmalarında böyük hesablı məğlubiyyətlərindən sonra bu addımı atıblar.
"Krasnodar" evdə "Axmat"a 0:5, "Ufa" isə səfərdə Moskva "Dinamo"suna 0:4 hesabı ilə uduzub. Musayevi az öncə MOİK-i tərk etmiş Viktor Qonçarenkonun əvəzləyəcəyi gözlənilir. Rəhimovun yerinə kimin gətiriləcəyi isə hələ məlum deyil.
Qeyd edək ki, "Krasnodar" 2021-ci ilin 8 oyununda cəmi 1 qələbə qazanıb və hazırda 24 görüşdən 34 xalla 10-cu yerdə gedir. 7 oyundur qalib gələ bilməyən və bunların 6-da məğlub olan "Ufa" isə 14 xalla 15-ci yerdə gedir.
Son xəbərlər
10:04
Xaçmazda mopeddən yıxılan kişi ölüb
Hadisə09:56
"Barselona"ın futbolçusu üç həftə yaşıl meydanlardan kənarda qalacaq
Futbol09:53
Bəzi yerlərdə qarın hündürlüyü 3 sm-ə çatıb - FAKTİKİ HAVA
Ekologiya09:48
Foto
Azərbaycan orbitə "Zəfər" peyki buraxıb - YENİLƏNİB
İKT09:39
Bakıda avtomobil yanıb, bir nəfərin meyiti aşkarlanıb
Hadisə09:39
Qazaxıstan Baş nazirinin müavini: AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı təhqiqat yekunlaşmaq üzrədir
Region09:38
Azərbaycan neftinin qiyməti dəyişməyib
Energetika09:35
Azərbaycan millisinin baş məşqçisi: "Oyunumuza gələn azarkeşlər peşman olmadılar"
Futbol09:27