Ronaldu Səudiyyə Ərəbistanı çempionatını bombardir kimi başa vurub
Futbol
- 27 may, 2025
- 03:38
Səudiyyə Ərəbistanında futbol mövsümü rəsmən başa çatıb.
“Report” xəbər verir ki, “Əl-Nəsr”in portuqaliyalı hücumçusu Kriştianu Ronaldu 25 qolla Pro Liqanın bombardiri olub.
Onun klubu 70 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.
“Qızıl top”un 5 qat sahibi “Əl-Nəsr”ın heyətində bütün yarışlarda keçirdiyi 41 matçda 35 qol vurub və 4 məhsuldar ötürmə edib. 40 yaşlı hücumçu 2024/2025 mövsümündə Çempionlar Liqasında 8 oyunda 8 qol vurub.
Ronaldunun 2024/2025 mövsümü üçün statistikası belədir: Səudiyyə Ərəbistanı Pro Liqası - 30 oyun, 25 qol, 3 məhsuldar ötürmə; Çempionlar Liqası - 8 oyun, 8 qol; Səudiyyə Ərəbistanı Superkuboku - 2 oyun, 2 qol, 1 məhsuldar ötürmə; Səudiyyə Ərəbistanı Kuboku - 1 oyun.
Son xəbərlər
01:22
DÇ-2026-nın final oyununda əlavə vaxt başlayıb - YENİLƏNİR-4
Futbol01:20
ABŞ Yaxın Şərqə əlavə F-16 və F-35 qırıcıları göndərir
Digər ölkələr00:50
Livan Prezidenti və Rubio İsraillə sülh razılaşmalarının icrasını müzakirə edib
Digər ölkələr00:17
DÇ-2026-nın finalının ilk hissəsində antirekord qeydə alınıb
Futbol00:05
Foto
Tom Kruz, Cennifer Hadson və Tramp: Dünya çempionatının rəngarəng bağlanış mərasimi
Futbol23:45
Pentaqon iyulun 18-də İraqda ABŞ hərbçisinin həlak olduğunu açıqlayıb
Digər ölkələr23:40
İraqın Baş naziri Tehrana səfər edəcək
Region23:33
Messi DÇ-2026-nın finalında iki rekorda imza atıb
Fərdi23:24