Ronaldu Çempionlar Liqasında Messinin rekordunu üstələdi
Futbol
- 03 dekabr, 2020
- 01:51
"Yuventus" UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunun matçında Kiyev "Dinamo"sunu qəbul edib.
“Report” xəbər verir ki, görüş Turində (İtaliya) "Alyans — Yuventus" stadionunda keçirilib və meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Turin klubunun qollarından birini 57-ci dəqiqədə hücumçu Kriştianu Ronaldu vurub. Portuqaliyalı bununla Çempionlar Liqasında özünün 71-ci ev qoluna imza atıb və həmin göstərici üzrə rekordçu, "Barselona"nın hücumçusu Lionel Messini ötüb. Dünənə qədər Messi aktivindəki 70 qolla birinci idi.
Bu, həmçinin Ronaldunun karyerasında 750-ci qolu olub.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura yekun vurulub.
Son xəbərlər
00:23
Azərbaycanın icmal büdcəsinin gəlirləri yaxın 4 ildə 50 milyard manatı keçə bilər
Maliyyə00:17
Faiq Həsənov: Avropa çempionatında ikinci yer çox yüksək nəticədir
Fərdi00:12
ABŞ-nin Nyu-York ştatında ilk dəfə çikunqunya qızdırmasına yoluxma aşkar edilib
Digər ölkələr00:05
Azərbaycanın 2026-cı il üçün büdcəsi ilkin variantla müqayisədə artırılıb
Maliyyə23:59
HƏMAS tapa bildiyi bütün girovların meyitlərini geri qaytardığını iddia edib - YENİLƏNİB-3
Digər ölkələr23:53
Azərbaycanın gələn il xarici dövlət borcunun ödənilməsinə 1,4 milyard manat xərcləyəcək
Maliyyə23:46
ABŞ zirehli maşınlar üçün dron əleyhinə tureli təqdim edib
Digər ölkələr23:40
Azərbaycan iqtisadiyyatına yaxın 4 ildə mümkün investisiya qoyuluşunun məbləği elan edilib
Maliyyə23:33