Ronaldu Avropa yığmalarında oyun sayında üçüncü yerə çıxdı
Futbol
- 11 oktyabr, 2020
- 20:20
İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu Portuqaliya millisinin heyətində 167-ci matçına çıxıb.
"Report"un məlumatına görə, 35 yaşlı hücumçu UEFA Millətlər Liqasında III turun Fransa ilə səfər qarşılaşmasında start heyətdə yer alıb. Ronaldu öz ölkəsinin futbolçularından ən yaxın izləyicisi Luis Fiqunu 40 oyun geridə qoyub.
Avropada o, latviyalı Vasili Astafyev və ispaniyalı İker Kasilyasa çatıb. Təcrübəli forvardla müqayisədə italiyalı Canluici Buffon (176) və ispaniyalı Serxio Ramos (174) yığmada daha çox oyun keçirib.
Dünyada isə Ronaldu hazırda Astafyev və Kasilyasla birgə 11-ci yeri bölüşür. Növbəti matçında o, ilk "10-luğ"a daxil olacaq.
Qeyd edək ki, rekord misirli Əhməd Həssənə (184) məxsusdur.
Son xəbərlər
16:25
Rövşən Rzayev vətəndaş qəbulu keçirib
Daxili siyasət16:24
AMB rəsmisi: "İnsanlar lazım olduğu qədər borclanmalıdır"
Maliyyə16:24
Zelenski: "Drjuba" neft kəmərinin təmiri aprelin sonunadək başa çatacaq
Digər ölkələr16:22
Read Qasımov: "Əsas vəzifə şəhərləri dayanıqlı yaşayış mühitinə çevirməkdir"
İnfrastruktur16:15
Foto
Ağstafa çayından sel keçib, rayon mərkəzi ilə əlaqə çətinləşib
Ekologiya16:09
Ödənişli avtomagistrallarda maksimum sürət həddi saatda 130 km təsdiqlənib
Daxili siyasət16:07
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
İKT16:05
AMB taksi sürücülərinə icbari avtosığortada xüsusi əmsalın tətbiqini şərh edib
Maliyyə16:02