"Roma"nın futbolçusu İspaniya klubuna icarəyə verilib
Futbol
- 03 fevral, 2026
- 11:22
İtaliyanın "Roma" klubunun ispaniyalı müdafiəçisi Abubakar Sanqare La Liqa təmsilçisi "Elçe"yə icarəyə verilib.
"Report" xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.
"Roma" rəhbərliyi Brayan Saraqosanın "Selta"dan (İspaniya) transfer edilməsindən sonra baş məşqçi Can Pyero Qasperininin planlarına daxil olmayan Sanqareni komandada saxlamağı məqsədəuyğun hesab etməyib.
İtaliya çempionatında meydana çıxmayan 30 yaşlı oyunçunun "Elçe"yə keçidinin maliyyə detalları açıqlanmayıb.
Qeyd edək ki, A.Sanqare "Roma"ya transfer olunmamışdan əvvəl İspaniyada "Levante"nin formasını geyinib.
Son xəbərlər
08:58
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (04.02.2026)
Maliyyə08:54
Yol polisi hava ilə bağlı sürücülərə çağırış edib
İnfrastruktur08:51
Avropa Komissiyasının rəhbəri ticarət sazişi bağlamaq üçün Avstraliyaya səfər edəcək
Digər ölkələr08:41
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
İnfrastruktur08:36
ABŞ satdığı Venesuela neftinin 500 milyon dollarını Karakasa verib
Digər ölkələr08:25
Yunanıstanda miqrantları daşıyan qayığın saxlanılması zamanı 14 nəfər ölüb
Digər ölkələr08:13
Bakının bir çox yollarında tıxac yaranıb
İnfrastruktur07:42
ABŞ Nigeriyaya kiçik hərbi kontingent göndərib
Digər ölkələr07:10