Rodri "Mançester Siti"dən "Real"a keçməyə hazırdır

Futbol
  • 20 may, 2026
  • 14:34
Rodri Mançester Sitidən Reala keçməyə hazırdır

İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Rodri karyerasını "Real"da (İspaniya) davam etdirməyə hazırdır.

"Report" "Marca"ya istinadən xəbər verir ki, baş məşqçi Xosep Qvardiolanın "Mançester Siti"dən mümkün gedişi barədə xəbərlərdən sonra 29 yaşlı yarımmüdafiəçi yenidən İspaniyaya qayıda bilər.

"Real" rəhbərliyi əlverişli şərait yaranacağı təqdirdə bu transferin reallaşmasını mümkün sayır. 2024-cü ildə "Qızıl top"u qazanan futbolçu da "Real"da çıxış etmək niyyətindədir. İspaniya yığmasının üzvü ilə müqavilənin müddətinin başa çatmasına hələ bir il qaldığı üçün bu transferin asan olmayacağı vurğulanır.

Qeyd edək ki, Rodri bu mövsüm bütün turnirlərdə 33 matça çıxıb və 2 qolla yadda qalıb. "Transfermarkt" portalı onun bazar dəyərini 65 milyon avro qiymətləndirir.