Robert Prosineçkinin səhhətində problem yaranıb
Futbol
- 09 yanvar, 2015
- 07:45
Bakı. 9 yanvar. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin səhhətində problem yaranıb. Bu barədə "Report"a AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu məlumat verib.
M.Nərimanoğlu bildirib ki, xorvatiyalı mütəxəssisin soyuqdəymə üzündən bədən hərarəti 40 dərəcəyə yüksəlib. Ona görə də R.Prosineçkinin Türkiyənin Antalya bölgəsinə bu günə nəzərdə tutulan səfəri təxirə salınıb. AFFA rəsmisi baş məşqçinin Türkiyəyə yanvarın 11-də yollanacağını açıqlayıb.
Qeyd edək ki, Robert Prosineçki Antalyaya Azərbaycan klublarının hazırlıq prosesini izləməyə getməli idi.
Son xəbərlər
01:18
Vuçiçi ölümlə təhdid edən şəxs saxlanılıb
Digər ölkələr00:58
Foto
Ceyranbatanda binanın elektrik şaxtasında yanğın olub - YENİLƏNİB
Hadisə00:22
Tramp: ABŞ olmadan İsrail mövcudluğunu davam etdirə bilməzdi
Digər ölkələr23:56
İran və Oman Hörmüz boğazından keçən üçüncü dəhlizin açılmasını müzakirə edirlər
Digər ölkələr23:43
HƏMAS Qəzza planında tərksilahla bağlı bəndi yerinə yetirməyə razılaşıb
Digər ölkələr23:22
İzmirdə 85 qanunsuz miqrant saxlanılıb
Region23:05
Foto
Adil Kərimli Xalq yazıçısı Anarla ədəbi prosesin inkişafını müzakirə edib
Mədəniyyət siyasəti22:53
Türkiyədə 11 tanınmış şəxsin narkotik testi müsbət çıxıb
Region22:28