Riyad Mahrez "Mançester Siti"ni ərəb klubuna dəyişib

Futbol
  • 28 iyul, 2023
  • 11:44
Riyad Mahrez Mançester Sitini ərəb klubuna dəyişib

Əlcəzair millisinin futbolçusu Riyad Mahrez "Mançester Siti"dən ayrılıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı hücumameylli yarımmüdafiəçi Səudiyyə Ərəbistanının "Əl-Əhli" komandasına keçib.

Təcrübəli oyunçunun Ciddə təmsilçisinə transferi 30 milyon funt sterlinqə başa gəlib.

Qeyd edək ki, Riyad Mahrez "Mançester Siti" 2018-ci ildə "Lester"dən keçmişdi.