"Real Madrid" Serxio Ramosun forma nömrəsini yeni transferə verdi
Futbol
- 21 iyul, 2021
- 11:44
İspaniyanın "Real Madrid" klubu yeni transferi David Alabanı təqdim edib.
"Report" Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi tibbi müayinədən uğurla keçib.
Avstriya millisinin üzvü yeni komandasında 4 nömrəli formanı geyinəcək. "Kral klubu"nda daha əvvəl Fransa PSJ-sinə keçən Serxio Ramos eyni nömrəli formada çıxış edib.
Qeyd edək ki, David Alaba "Real Madrid"lə 5 illik müqavilə imzalayıb. O, ötən mövsüm Almaniya "Bavariya"sının heyətində 32 oyunda iştirak edib, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Son xəbərlər
18:45
Hikmət Hacıyev: Sülh üçün təşəbbüslər yalnız kağız üzərində qalmamalıdır
Xarici siyasət18:39
Foto
Nazir: 80-dən çox ölkə Qırğızıstanda VI Ümumdünya Köçəri Oyunlarında iştirakını təsdiqləyib
Mədəniyyət siyasəti18:34
Tramp Hörmüzlə bağlı NATO-nun yardımından imtina etdiyini bildirib
Digər ölkələr18:33
İdentifikasiya olunmamış heyvanların bazarlara daxil olmasına məhdudiyyət tətbiq ediləcək
Sağlamlıq18:30
Emi Karlon: Azərbaycan regional nəqliyyat və yükdaşıma mərkəzi kimi böyük potensiala malik
Biznes18:27
"Brent" markalı neft 10 dollar ucuzlaşıb
Energetika18:22
Putin Rusiyanın MDB ölkələri ilə münasibətlərini TŞ üzvləri ilə müzakirə edib
Region18:16
Foto
Sahibə Qafarova: Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi önəmli platformaya çevrilib
Milli Məclis18:14
Foto