"Real Madrid"in kapitanı: "Atletiko Madrid"ə məğlubiyyət bizi yaraladı

Futbol
  • 28 sentyabr, 2025
  • 08:30
Real Madridin kapitanı: Atletiko Madridə məğlubiyyət bizi yaraladı

"Real Madrid" furbol komandasının müdafiəçisi və kapitanı Dani Karvaxal İspaniya La Liqasının 7-ci turunda Madrid komandasının "Atletiko" ilə derbidə (2:5) məğlub olmasını sərt şərh edib.

"Report"un məlumatına görə, futbolçunun sözlərini "Marca" nəşri sitat gətirib.

"Biz özümüz işləri korladıq və heç bir təsəllinin indi kömək edəcəyi ehtimalı yoxdur. Amma sabah səhər tezdən səylə işləməyə başlayacağıq. Bu məğlubiyyət bizi yaraladı, amma faydalı bir dərs ola bilər. Baş verənlər üzərində düşünüb cəsarətimizi toplamağımız lazımdır", - Karvaxal deyib.

"Real Madrid" 18 xalla İspaniya liqasının cədvəlinə başçılıq edir. "Atletiko Madrid" xallarını 12-yə yüksəldib və dördüncü pilləyə yüksəlib. 16 xalı olan "Barselona" 7-ci turun qarşıdakı matçında "Real Sosyedad"a qalib gəlsə, Madrid komandasını keçə bilər.

Son xəbərlər

Bütün Xəbər Lenti