"Real Madrid"in futbolçusu koronavirusdan sağaldı
Futbol
- 07 avqust, 2020
- 05:37
İspaniyanın "Real Madrid" klubunun koronavirusa yoluxmuş futbolçusu Mariano Diasdan növbəti dəfə test götürülüb.
"Report" "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, dominikanlı hücumçunun analizinin nəticəsi mənfi çıxıb.
Həkimlər 27 yaşlı forvardın virusdan sağaldığını bildiriblər. Oyunçuda infeksiya iyulun 28-də aşkarlanmışdı.
Qeyd edək ki, M.Dias 2019/2020 mövsümündə "Real Madrid"in heyətində 7 oyun keçirib və 1 qol vurub.
"Kral klubu" bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda İngiltərədə "Mançester Siti" ilə qarşılşacaq. İlk görüşdə La Liqanın son çempionu 1:2 hesabı ilə uduzub.
Son xəbərlər
19:31
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib
Hadisə19:27
BOK müvəqqəti olaraq Rusiya Olimpiya Komitəsinin statusunu bərpa edib
Komanda19:25
Özbəkistan Azərbaycanda logistika mərkəzinin yerləşəcəyi məkanı və funksiyalarını açıqlayıb
İnfrastruktur19:25
Foto
Video
DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub
Hərbi19:17
Ərdoğan və Donald Trampın nümayəndə heyətləri arasında görüş keçirilib
Region19:04
Sibiqa və Kallas Ukraynanın Avropaya inteqrasiyasını müzakirə ediblər
Digər ölkələr18:54
Tramp: Qrenlandiya ABŞ-nin nəzarəti altında olmalıdır
Digər ölkələr18:50
Foto
Ağdamda minik və yük avtomobilləri toqquşub, xəsarət alanlar var
Hadisə18:48
Foto