"Real Madrid"in aparıcı futbolçusu növbəti turda da oynamayacaq
Futbol
- 26 avqust, 2021
- 10:12
İspaniyanın "Real Madrid" komandası La Liqanın III turunda "Betis"lə oyuna itki ilə çıxacaq.
"Report" AS nəşrinə istinadən xəbər verir ki, paytaxt təmsilçisinin yarımmüdafiəçisi Luka Modriç bu matçda da komandasına kömək edə bilməyəcək.
36 yaşlı oyunçu II turda "Levante" ilə 3:3 hesablı heç-heçə etdikləri görüşü də zədə səbəbindən buraxıb. Xorvatiyalı futbolçu hazırda fərdi məşq edir.
Bundan əlavə, "kral klubu"nun heyətində Mariano Diasla Marselo zədələrini sağaldıb və kollektivlə məşqlərə qoşulub.
Qeyd edək ki, sentyabrın 28-də keçiriləcək "Betis" - "Real Madrid" oyunu Bakı vaxtı ilə saat 24:00-da başlayacaq.
Son xəbərlər
13:14
"Mançester Siti" 68 il sonra dörd qol buraxdığı oyunda qələbə qazanıb
Futbol13:12
Azad edilmiş ərazilərə Böyük Qayıdışa dair fləşmob keçirilib
Daxili siyasət13:06
NATO Norveçdəki aviabazalarından birini bağlayıb
Digər ölkələr13:01
"Baku Fire"nın baş məşqçisi: "İntriqanı saxlamaq üçün "Neftçi" İK ilə matçda qələbə qazanmalıyıq"
Futbol12:57
"Bakı Fond Birjası"nın dövriyyəsi 9 %-ə yaxın azalıb
Maliyyə12:55
KİV: Türkiyə növbəti 6 ay ərzində Ermənistanla sərhədlərini aça bilər
Region12:50
Dövlət Suverenliyi Günü bayramlar sırasına daxil edilir
Milli Məclis12:50
Azərbaycanda işçilərin işdən azad olunması qaydalarına dəyişiklik edilir
Milli Məclis12:49