"Real"ın üzvü UEFA Çempionlar Liqasında həftənin futbolçusu seçilib

Futbol
  • 22 yanvar, 2026
  • 19:17
Realın üzvü UEFA Çempionlar Liqasında həftənin futbolçusu seçilib

İspaniyanın "Real" (Madrid) klubunun futbolçusu Vinisius Junior azarkeşlərin səsverməsinə əsasən Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib.

"Report" UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, Liqa mərhələsinin VII turunda "Monako" ilə (Fransa) keçirilən görüşdə (6:1) 1 qol vuraraq vuraraq və 3 məhsuldar ötürmə edərək komandasının qələbəsində əsas pay sahibi olub.

Qeyd edək ki, braziliyalı futbolçu səsvermədə Robert Navarro ("Atletik"), Robert Levandovski, Fermin Lopes (hər ikisi "Barselona") və Luis Suarezi ("Sportinq") qabaqlayıb.