"Real"ın daha bir müdafiəçisi zədələnib
Futbol
- 08 oktyabr, 2025
- 17:47
İspaniyanın "Real" klubunda daha bir müdafiəçi zədələnib.
"Report" "Mundo Deportivo"ya istinadən xəbər verir ki, son olaraq Din Huysen sıradan çıxıb.
İspaniya yığmasının üzvü DÇ-2026-nın seçmə mərhələsində Gürcüstan və Bolqarıstana qarşı matçlarda iştirak etməyəcək. Onu "Atletik"dən Aymerik Laport əvəzləyəcək.
Zədə ciddi olmasa da, futbolçu ən azı 1-2 həftə yaşıl meydanlardan kənarda qalacaq. "Kral klubu" oktyabrın 19-da La Liqada "Xetafe", 22-də UEFA Çempionlar Liqasında İtaliyanın "Yuventus" komandası ilə qarşılaşacaq.
Qeyd edək ki, "Real"da müdafiəçilərdən Antonio Rudiger, Dani Karvahal, Trent Aleksandr-Arnold və Ferlan Mendi də zədəlidir.
Son xəbərlər
06:28
Milibend Əraqçi ilə telefon danışığında Britaniyanın İranla müharibədə tərəf olmadığını bildirib
Region05:34
Tramp Ukrayna ilə nadir torpaq metalları üzrə sazişi "çox sərfəli" adlandırıb
Digər ölkələr05:02
Lerik rayonunda zəlzələ baş verib
Hadisə04:57
"Tasnim": İran ABŞ-nin mümkün hücumlarına qarşı plan hazırlayıb
Region04:41
NYT: FES rəhbəri faiz dərəcəsi üzrə iclasların sayını azaltmaq istəyir
Digər ölkələr04:27
Rusiya Kiyevə ballistik raketlərlə zərbə endirib, üç nəfər həlak olub
Digər ölkələr03:53
"CBS News": ABŞ və İsrail İranın enerji obyektlərinə zərbələr endirməyə hazırlaşır
Digər ölkələr03:29
NYP: FIFA dünya çempionatının hüquqlarının bir hissəsini satmaq ideyasından imtina edib
Futbol02:45