Rayan Giqqz məhkəmədə ittihamları rədd etdi

Futbol
  • 28 aprel, 2021
  • 11:12
Rayan Giqqz məhkəmədə ittihamları rədd etdi
Rayan Giqqz

İki qadına hücum etməkdə günahlandırılan futbol üzrə Uels millisinin baş məşqçisi Rayan Giqqzin məhkəmə dinləməsi keçirilib.

"Report" BBC-yə istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis Mançesterdə baş tutan dinləmədə ittihamları qəbul etməyib. Növbəti məhkəmə iclası mayın 26-da olacaq.

Veteran yarımmüdafiəçi 2020-ci ilin noyabrında rəfiqəsinə hücumda şübhəli bilinərək həbs edilib. O, dindirildikdən sonra araşdırma başa çatanadək girov müqabilində azadlığa buraxılıb.

Qeyd edək ki, vəziyyətlə əlaqədar Uels millisindən kənarlaşdırılan Rayan Giqqz AVRO-2020-də komandanın sükanı arxasında olmayacaq. Giqqzi bu vəzifədə köməkçisi Robert Peyc əvəzləyəcək. Britaniyalılar yer aldığı A qrupunda İsveçrə və Türkiyə ilə oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək.