Ramos "Real Madrid"lə vidalaşarkən ağladı
Futbol
- 17 iyun, 2021
- 11:58
İspaniya "Real Madrid"i ilə yollarını ayıran Serxio Ramos vida məqsədilə təşkil olunan mətbuat konfransında emosiyalarını cilovlaya bilməyib.
"Report"un məlumatına görə, 35 yaşlı müdafiəçi media nümayəndələri qarşısında çıxış edərkən ağlayıb. Yenidən nə vaxtsa "kral klubu"na qayıdacağına inandığını söyləyən təcrübəli oyunçu azarkeşlərə və komanda yoldaşlarına təşəkkür edib. O, doğma klubunun daim ürəyində qalacağını bildirib.
Qeyd edək ki, 2005-ci ildən "Real Madrid"də çıxış edən Serxio Ramos bu komandanın heyətində beşqat İspaniya çempionu olub, 4 dəfə ölkə Superkubokunu, Çempionlar Liqasını və klublararası dünya çempionatını qazanıb. Həmçinin 2 dəfə İspaniya kuboku və UEFA Super Kubokunda qələbə sevinci yaşayıb.
Son xəbərlər
03:03
SEPAH Hörmüz boğazında ABŞ-yə qarşı genişmiqyaslı əməliyyat keçirib
Region02:40
CENTCOM İranın hərbi obyektlərinə zərbələr endirildiyini təsdiqləyib - YENİLƏNİB
Digər ölkələr02:23
Valverde Çuameni ilə dava etməsi barədə məlumatı təkzib edib
Futbol01:58
Marko Curiç: Mərkəzi Asiya ilə Avropa arasında əməkdaşlıq körpüsü ola bilərik
Digər ölkələr01:23
"Xatəm əl-Ənbiya": ABŞ bilməlidir ki, İran istənilən hücuma sarsıdıcı cavab verəcək
Region01:03
Avropa Liqasında finalçılar bəlli olub
Futbol01:00
UEFA Konfrans Liqasında yarımfinal mərhələsinə yekun vurulub
Futbol00:54
IRIB: Hörmüz boğazında ABŞ ilə İran arasında qarşılıqlı hücumlar qeydə alınıb
Region00:38