Ramos karyerasını "Real Madrid"də bitirmək istəyir
Futbol
- 17 noyabr, 2020
- 05:48
İspaniya "Real Madrid"inin kapitanı Serxio Ramos komandada qala bilər.
"Report" "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçi karyerasını "kral klubu"nda başa vurmaq istəyir.
İspaniyalı oyunçu Madrid təmsilçisi ilə 2021-ci ilin yayınadək olan müqaviləsinin müddətini daha 2 il uzatmaq niyyətindədir. Klubun prezidenti Florentino Peres isə ona 1+1 illik sözləşmə təklif edilməsinin tərəfdarıdır.
Daha əvvəl Fransanın PSJ, İtaliyanın "Yuventus", İngiltərənin "Mançester Yunayted" və "Mançester Siti" klublarının təcrübəli futbolçunun xidmətində maraqlı olduğu bildirilib.
Qeyd edək ki, cari mövsüm "Real Madrid"in heyətində 10 oyunda meydana çıxan Serxio Ramos 3 qol vurub.
Son xəbərlər
11:03
Azərbaycan və Slovakiya Prezidentləri bu gün Ağdama səfər edəcəklər
Daxili siyasət11:03
Peter Pelleqrini: Ağdamda məktəb Slovakiyanın milli qəhrəmanının adını daşıyacaq
Digər11:01
İlham Əliyev Emmanuel Makronu təbrik edib
Xarici siyasət11:00
Milli Məclisin növbədənkənar sessiyasının son iclası başlayıb
Milli Məclis10:59
"Yapı Kredi Bank Azərbaycan"ın xalis mənfəəti 2 % azalıb
Maliyyə10:59
İlham Əliyev: Şadıq ki, Slovakiya Qarabağın bərpasında fəal iştirak edir
Xarici siyasət10:59
İlham Əliyev Qarabağa səfər etdiyinə görə Slovakiya Prezidentinə təşəkkür edib
Digər10:56
Ərdoğan: 15 iyul gecəsi Türkiyə xalqının göstərdiyi cəsarətin demokratiya tarixində bənzəri yoxdur
Region10:55