Millimizin futbolçusu 4 oyunluq cəzalandı
Futbol
- 10 mart, 2021
- 11:01
AFFA İntizam Komitəsi Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevi 4 oyunluq cəzalandırıb.
"Report"un məlumatına görə, səbəb kimi 25 yaşlı hücumçunun “Sabah-2” komandasının heyətində “Qaradağ Lökbatan”la I Divizionun XVI tur matçının 63-ci dəqiqəsində baş hakim Fərid Hacıyevi təhqir etməsi göstərilib.
Həmin epizodda o, birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.
İntizam Komitəsi futbolçunu I Divizionun qarşıdakı 4 oyununda iştirakdan məhrum etməklə yanaşı, klubu 320 manat cərimələyib.
Qeyd edək ki, görüş “Qaradağ Lökbatan”ın qələbəsi ilə yekunlaşıb - 2:1.
Son xəbərlər
08:34
Ermənistanda səslərin 90%-i sayılıb: Paşinyanın partiyası liderliyini qoruyur - YENİLƏNİB - 2
Region08:28
Bakının iki rayonunda işıq olmayacaq
Energetika08:26
Filippində baş verən zəlzələ nəticəsində üç nəfər ölüb - YENİLƏNİB
Digər ölkələr08:19
Bakının bir sıra yollarında tıxac yaranıb
İnfrastruktur08:06
İsrail İranın mərkəzi və qərbindəki hərbi hədəflərə zərbələr endirib
Region08:02
Netanyahu Trampla razılaşıb: İsrail İrana cavab verməyəcək
Region07:54
Dominikanda özəl təyyarə qəzaya uğrayıb, ölənlər var
Hadisə07:14
NYT: İngiltərə millisinin ABŞ-dakı bazası yaxınlığında baş verən atışmada doqquz nəfər yaralanıb
Digər ölkələr06:45