Qvardiola Premyer Liqada ən çox ayın baş məşqçisi seçilən üçüncü mütəxəssis olub
Futbol
- 13 mart, 2026
- 17:26
Xosep Qvardiola İngiltərə Premyer Liqasında ayın baş məşqçisi mükafatını ən çox qazanan üçüncü mütəxəssis olub.
"Report" xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Fevralın ən yaxşısı adına layiq görülən "Mançester Siti"nin baş məşqçisi bu mükafatı karyerası ərzində 12-ci dəfə qazanıb.
Qvardiola hazırda "Everton"a rəhbərlik edən Devid Moyesi (11 dəfə) üstələyib. "Mançester Yunayted"in keçmiş baş məşqçisi Aleks Ferqyuson (27 dəfə) birinci yerdə qərarlaşıb. "Arsenal"da işləmiş Arsen Venger (15 dəfə) ikincidir.
Qeyd edək ki, ötən ay Premyer Liqada 5 matç keçirən "Mançester Siti" 4 dəfə qalib gəlib, 1 dəfə heç-heçə edib.
Son xəbərlər
17:37
"İnvestisiya şirkətinin davamlı kapital tələbləri haqqında Qayda" təsdiqlənib
Maliyyə17:33
Foto
Qarabağ və Şərqi Zəngəzurda torpaq icarəsinə dair yeni müqavilələr imzalanıb
ASK17:31
Orban Macarıstan XİN-ə rəhbərlik edəcək
Digər ölkələr17:31
"Al-Jazeera": ABŞ Pakistana xüsusi avadanlıqlar göndərib
Digər ölkələr17:30
Foto
Naxçıvanda bir sıra çaylardan sel keçib
Ekologiya17:30
Luis Dias Almaniya Bundesliqanın tarixinə düşən rekorda imza atıb
Futbol17:30
Azərbaycanın xurma ixracından gəliri 3 %-ə yaxın azalıb
Biznes17:30
Serj Sarqsyanın sövdələşməsi etibarsız sayılıb, dövlət 205 min dollar müsadirə edəcək
Region17:29