"Qızıl top"un sahibi vəfat edib

Futbol
  • 03 mart, 2017
  • 09:02
Qızıl topun sahibi vəfat edib

Bakı. 3 mart. REPORT.AZ/ 1958-ci ildə "Qızıl top"a sahib olmuş fransalı futbolçu Raymon Kopa vəfat edib. "Report"un "France Presse" agentliyinə istinadən verdiyi məlumata görə, məşhur hücumçu 85 yaşında dünyasını dəyişib. 

Kopa 1958-ci il dünya çempionatının bürünc mükafatçısı, İspaniya "Real Madrid"inin heyətində Çempionlar Kubokunun üçqat qalibi (1956, 1958, 1959) olub. O, 4 qat Fransa çempionu və İspaniya La Liqasının ikiqat qalibidir. 

Mərhum forvard Fransa millisinin heyətində 45 oyuna 18 qol vurub. O, Fəxri Legion ordeninə (1970) layiq görülmüş ilk futbolçu olub.