Qismət Alıyev "Zirə"nin heyətində 200-cü matçını keçirib
Futbol
- 04 mart, 2026
- 11:34
"Zirə"nin kapitanı Qismət Alıyev Bakı klubunun heyətində 200-cü oyununu keçirib.
"Report" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçinin yubileyi Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Sumqayıt"la cavab matçına (2:0) təsadüf edib.
Qəsəbə klubunun oyun sayında rekordçusu olan Alıyev 2020/21 mövsümündən çıxış etdiyi komandada 15 qol vurub. O, Premyer Liqada 166, ölkə kubokunda 22, avrokuboklarda 12 dəfə meydana çıxıb, çempionatda 13, avrokubokda 2 qola sevinib.
Qeyd edək ki, Qismət Alıyevin "Zirə"dəki debütü də "Sumqayıt"la matça təsadüf edib. O, 2020-ci il oktyabrın 18-də Premyer Liqanın səfər görüşündə (1:2) meydana çıxıb.
Son xəbərlər
02:23
İspaniya futbolçuları yeni rekord müəyyənləşdiriblər
Futbol02:19
De la Fuente Dünya və Avropa çempionluğunu qazanan üçüncü baş məşqçi olub
Futbol02:17
Ferran Torres İspaniya - Argentina matçının ən yaxşısı seçilib
Futbol02:13
Mbappe DÇ-2026-nın ən yaxşı bombardiri olub
Futbol02:02
İspaniya DÇ-2026-nın qalibi olub - YENİLƏNİB-6
Futbol01:40
Meşə yanğını Fransanın cənubunda dəmir yolu əlaqəsini iflic edib
Digər ölkələr01:20
ABŞ Yaxın Şərqə əlavə F-16 və F-35 qırıcıları göndərir
Digər ölkələr00:50
Livan Prezidenti və Rubio İsraillə sülh razılaşmalarının icrasını müzakirə edib
Digər ölkələr00:17