Qətər təmsilçisi Xavinin klubdan ayrılacağı ilə bağlı xəbərləri təkzib edib
Futbol
- 30 oktyabr, 2021
- 06:47
Qətərin "Əl Sədd" klubu baş məşqçisi Xavi Ernandesin müqaviləni ləğv etməyə razı olduğuna dair xəbərləri təkzib edib.
"Report" klubun rəsmi tvitter hesabına istinadən xəbər verir ki, Doha təmsilçisi 41 yaşlı mütəxəssisin bütün diqqətini yalnız komandanın qarşıdakı oyunlarına yönəltdiyini bildirib.
"Əl Sədd" Xavinin iki illik müqaviləsinin olduğunu da xatırladıb.
Qeyd edək ki, Xavi Ernandes İspaniya "Barselona"sında baş məşqçi postuna əsas namizəddir. Yerli mətbuat onun "Əl Sədd" rəhbərliyi ilə görüşdüyünü, müqaviləni ləğv etmək barədə razılıq əldə etdiyini və futbolçularla vidalaşdığını yazıb. Baş məşqçinin Qətər klubu ilə sözləşməsi 2023-cü ildə başa çatmalıdır.
Son xəbərlər
20:41
Əraqçi Hindistan, Polşa və Keniyanın XİN rəhbərləri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Region20:24
Qalibaf: Tramp daxili ixtilaf və dəniz blokadası ilə İranın təslim olmasını istəyir
Region20:12
Ukrayna "Kaça" aerodromuna və Simferopoldakı neft bazasına zərbə endirib
Digər ölkələr20:04
Livan prezidenti İsraili atəşkəs rejimini pozmamağa çağırıb
Digər ölkələr19:56
Zelenski: Ukrayna Rusiya ilə yeni əsir mübadiləsinə hazırlaşır
Digər ölkələr19:40
Pentaqon: İranla müharibə ABŞ-yə 25 milyard dollara başa gəlib
Digər ölkələr19:33
İshaq Dar və Böyük Britaniyanın XİN rəhbəri regional vəziyyəti müzakirə ediblər
Digər ölkələr19:23
Foto
"İdman Analitikası və Süni İntellekt: Elmi İnteqrasiya" adlı tələbə və gənc tədqiqatçıların IV elmi-praktik konfransı keçirilib
Fərdi19:11