"Qəbələ" yeni transferini açıqladı
Futbol
- 11 sentyabr, 2020
- 12:23
2020/2021 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib.
"Report" əyalət təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” Azərbaycan Premyer Liqasının növbəti turu ərəfəsində braziliyalı Rafael Utziqin Alemaonun transferini gerçəkləşdirib. 24 yaşlı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.
İndiyədək yalnız vətənində çıxış etmiş "sambaçı"nın son klubu “Parana” olub. Sağ cinah vingeri mövqeyində də oynayan oyunçu 2018 - 2020-ci illərdə fasilə ilə bu komandanın heyətində A və B seriyalarında çıxış edib.
Utziq karyerası ərzində “Foz de İquaçu” (2015, 2018), “Kaskavel” (2016), “Ypiranqa Ereçim” (2016-2018) və “Çianorte”nin (2019) də formasını da geyinib.
Son xəbərlər
13:32
İspaniyaya üzərək çatmaq istəyən mərakeşli futbolçu həlak olub
Futbol13:29
Fuad Muradov: Xaricdə yaşayan gənclərimiz qərəzli kampaniyalara əsaslandırılmış cavab verməyi bacarmalıdırlar
Diaspor13:23
Ermənistanda spiker vəzifəsinə yeganə namizəd Ruben Rubinyandır
Region13:11
Rektor: Qarabağ Universiteti layiqli vətəndaş yetişdirmək missiyasını daşıyır
Elm və təhsil13:07
Video
Müdafiə Nazirliyi həftəlik icmalını yayımlayıb
Hərbi12:53
Kəlbəcərdə dərədə köməksiz qalan kişi xilas edilib
Hadisə12:51
Sumqayıtda 4-cü mərtəbədən yıxılan kişi 6 gün sonra xəstəxanada ölüb
Hadisə12:47
Sabah çimərliklərdə suyun temperaturu 28 dərəcə olacaq
Ekologiya12:42