"Qəbələ" xorvatiyalı futbolçu transfer etdi
Futbol
- 08 sentyabr, 2020
- 17:37
Azərbaycan Premyer Liqasının növbəti turunun hazırlıqlarını davam etdirən “Qəbələ” heyətinə yeni futbolçu qatıb.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” xorvatiyalı müdafiəçi Vinko Medimoreçin keçidini gerçəkləşdirib.
26 yaşlı legionerlə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, peşəkar karyerasına ölkəsinin “Koprivinitsa” klubunda başlayan müdafiəçi 2014-2015-ci illər mövsümündə bu komandada çıxış edib. 2015-ci ildə “Slaven”ə keçən Vinko son 5 mövsümdə yüksək dəstə təmsilçisinin formasını geyinib. O, bu komandada 98 oyunda 4 qol vurub. Arxa xətt oyunçusu 2015-2016-cı illər mövsümündə Xorvatiya kubokunun finalçısı olub.
Son xəbərlər
02:11
ŞKTR Baş naziri Azərbaycana səfərə gəlib
Xarici siyasət02:04
İMQ Livandakı BMT sülhməramlılarının öldürülməsində rolu olmadığını bəyan edib
Digər ölkələr01:36
DÇ-2026: Avropa zonası üzrə pley-off mərhələsinə yekun vurulub
Futbol01:18
Tramp İrandakı əməliyyatın başa çatması ilə bağlı danışıb
Digər ölkələr01:04
Foto
"ING Group": Azərbaycanın xarici iqtisadi mövqeyi çox güclü olaraq qalır
Maliyyə00:52
Türkiyə millisi 24 il sonra DÇ-nin final mərhələsinə vəsiqə qazanıb
Futbol00:25
KİV: ABŞ Yaxın Şərqə daha bir aviadaşıyıcı gəmi göndərir
Digər ölkələr00:04
İbrahim Kalın HƏMAS-ın Siyasi Bürosunun üzvləri ilə Qəzza üzrə Sülh Planını müzakirə edib
Region00:00