"Qəbələ" klubu növbəti transferini açıqlayıb
Futbol
- 31 yanvar, 2022
- 09:14
Mövsümün ikinci yarısının hazırlığını davam etdirən “Qəbələ” qış fasiləsində ikinci transferini gerçəkləşdirib.
"Report" əyalət təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” Azərbaycanın U-21 yığmasının futbolçusu Samet Karakoçla müqavilə imzalayıb.
20 yaşlı müdafiəçinin sözləşməsi 2022/2023 mövsümünün sonunadək nəzərdə tutulub.
Qeyd edək ki, son klubu “Bayrampaşa” olan Samet Karakoç 2020-ci ilin yayında əsas komandaya cəlb olunub. O, sol cinah müdafiəçisi olsa da, arxa xəttin mərkəzində də çıxış edir. Karakoç Azərbaycanın U-19 və U-21 yığmalarının formasını geyinib. “Qəbələ” daha əvvəl Patrik Robson de Souza Monteyronu heyətinə qatıb.
Son xəbərlər
09:16
Azərbaycan XİN Rusiyanı təbrik edib
Xarici siyasət09:15
Azərbaycan səfiri etimadnaməsinin surətini Perunun XİN rəsmisinə təqdim edib
Xarici siyasət09:14
Çexiya millisi 20 ildən sonra dünya çempionatında qol vurub
Futbol09:12
Azərbaycanda aqrar sektorla bağlı regional müşavirələrə start verilir
ASK09:00
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (12.06.2026)
Maliyyə08:55
ABŞ və İran arasında danışıqlar Xameneinin olduğu yer gizlədildiyi üçün uzanır
Digər ölkələr08:55
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.06.2026)
Maliyyə08:52
Miroslav Koubek: "Cənubi Koreya komandamıza qarşı hava toplarında çətinlik çəkirdi"
Futbol08:45