“Qəbələ” klubunun məşqçilər korpusunda dəyişiklik edilib
Futbol
- 21 iyun, 2024
- 13:44
“Qəbələ” klubunun məşqçilər korpusunda dəyişiklik edilib.
"Report" bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, serbiyalı Miloş Yevtiç bundan sonra “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq.
Mütəxəssislə 3 illik müqavilə imzalanıb. O, Kaxaber Sxadadzenin baş məşqçisi olduğu komandanın fiziki hazırlıq üzrə çalışdırıcısı funksiyasını yerinə yetirəcək.
Yevtiç 2018-ci ilin iyunundan 2020-ci ilin yayına qədər də “Qəbələ”də çalışıb. Əvvəllər də Sxadadze ilə birlikdə çalışan mütəxəssis karyerası ərzində Azərbaycanda “İnter” (indiki “Şamaxı”), “Araz-Naxçıvan”, Qazaxıstanda “Kayrat” və “Kaspi” klublarında, həmçinin Gürcüstan milli komandasında fəaliyyət göstərib.
Son xəbərlər
16:20
Azərbaycandakı bankların əməliyyat mənfəətinin məbləğinə görə renkinqi (Yanvar-iyun, 2026)
Maliyyə16:06
UEFA Konfrans Liqası: "Neftçi" - "Dinamo" oyununun biletləri satışa çıxarılıb
Futbol16:00
Azərbaycandakı bankların qeyri-faiz xərclərinin məbləğinə görə renkinqi (Yanvar-iyun, 2026)
Maliyyə15:48
FT: Zelenski Ukrayna ordusunun baş komandanı Sırskinin vəzifədən azad edilməsini nəzərdən keçirir
Digər ölkələr15:41
İran Küveytin neft və enerji obyektlərinə zərbələr endirir - YENİLƏNİB
Digər ölkələr15:40
Azərbaycandakı bankların faiz xərclərinin məbləğinə görə renkinqi (Yanvar-iyun, 2026)
Maliyyə15:35
Ötən gün borclu şəxs qismində axtarışda olan 80 nəfər saxlanılıb
Hadisə15:25
Azərbaycan İraqa peçenye tədarükünü 63 dəfə artırıb
Biznes15:21