"Qəbələ" Artur Mottanı heyətinə qatıb

Futbol
  • 02 avqust, 2026
  • 14:11
Qəbələ Artur Mottanı heyətinə qatıb

"Qəbələ" klubu heyətinə yeni futbolçu cəlb edib.

Bölgə təmsilçisinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, "qırmızı-qaralar" Bolqarıstanın "Beroe" klubundan qapıçı Artur Mottanı 1 illik icarəyə götürüb.

Qeyd edək ki, 24 yaşlı braziliyalı qolkiper 2024-cü ildən "Beroe"nin şərəfini qoruyub. O, buna qədər Braziliyanın "Fortaleza", "Quarani" və "Sao Kaetano" komandalarının da formasını geyinib.