Qaret Beyl: "Turnirdən öncə 4 xal verilsəydi, dərhal qəbul edərdik"
Futbol
- 16 iyun, 2021
- 19:06
"Qələbə qazandığımız üçün sevincliyəm. Oyuna ciddi hazırlaşmışdıq. Meydanda sonadək mübarizə apardıq".
"Report"un məlumatına görə, bu fikirləri Uels millisinin kapitanı Qaret Beyl Bakıda Türkiyəyə 2:0 hesabı ilə qalib gəldikləri AVRO-2020-nin A qrupunun II tur matçından sonra deyib.
32 yaşlı hücumçu bildirib ki, ikinci hissədə penaltini boşa versə də, xarakter nümayiş etdirib: "Ruhdan düşmədim və mübarizə aparmağa davam etdim. İkinci qol möhtəşəm alındı".
Təcrübəli oyunçunun sözlərinə görə, bu görüşdə qələbə qazanmaq önəmli idi: "İlk baxışdan 4 xal qrupdan çıxmaq üçün yetərli görünür. Amma arxayınlaşmamalıyıq. Turnirdən öncə 4 xal verilsəydi, dərhal qəbul edərdik".
Qeyd edək ki, Qaret Beyl matçın ən yaxşı futbolçusu seçilib.
Son xəbərlər
10:39
Dekabrın 4-ü saat 10:00-a olan faktiki hava
Ekologiya10:38
Şöbə müdiri: Azərbaycanda könüllülərin inkişafı üçün müntəzəm addımlar atılır
Daxili siyasət10:35
Yusif Məmmədəliyevə həsr olunan olimpiada keçirilməsi nəzərdə tutulur
Elm və təhsil10:34
Nazir: Akademik Yusif Məmmədəliyevin tədqiqatları Azərbaycan elminə böyük töhfələr verib
Elm və təhsil10:33
Mingəçevirdə 63 yaşlı qadın dəm qazından boğularaq ölüb
Hadisə10:31
Putin dekabrın 19-da geniş mətbuat konfransı keçirəcək
Region10:27
"Araz-Naxçıvan" Portuqaliya klubu ilə cavab matçı üçün iştirak ərizəsini UEFA-ya göndərib
Futbol10:27
Azərbaycanda 4 istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyənləşib
İnfrastruktur10:19