"Qarabağ" yenə "Zirə"yə qalib gəldi
Futbol
- 09 mart, 2021
- 15:06
Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulub.
"Report"un məlumatına görə, günün ikinci matçında "Zirə" indiyədək ölkə çempionatında məğlub edə bilmədiyi "Qarabağ"la üz-üzə gəlib.
Zirə İdman Kompleksinin stadionunda keçirilən qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
"Köhlən atlar"ın heyətində 3-cü dəqiqədə Xayme Romero, 32-ci dəqiqədə isə Patrik Andrade fərqlənib.
"Qarabağ" qələbə sayəsində 39-cu xalını qazanıb və lider "Neftçi" ilə birlikdə zirvəyə şərik olub. "Zirə" isə 29 xalla üçüncüdür.
Qeyd edək ki, günün ilk matçında "Qəbələ" evdə "Səbail"lə bərabərə qalıb - 1:1. Turun ilk iki oyununda "Neftçi" "Zirə"ni 3:1 hesabı ilə yenib, "Sabah" "Sumqayıtla" heç-heçə edib - 1:1.
Son xəbərlər
10:56
Buşehrdə ABŞ zərbələri nəticəsində bir neçə obyekt zədələnib
Region10:54
Şuşada bir ton çətənə kolu məhv edilib
Hadisə10:49
Bu ilin birinci yarımilində 22 552 uşağa reabilitasiya xidmətləri göstərilib
Sosial müdafiə10:48
İranda 5,2 və 5,7 maqnitudalı iki zəlzələ olub
Region10:45
Özbəkistanın Baş prokuroru Azərbaycanda səfərdədir
Xarici siyasət10:33
Türkiyədə bələdiyyə sədri və əri saxlanılıb
Region10:26
"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Maliyyə10:22
Azərbaycanda iyunda əlilliyə görə 245 minə yaxın şəxs pensiya alıb
Maliyyə10:12