"Qarabağ" qapıçısı ilə müqaviləni yenilədi

Futbol
  • 21 iyun, 2021
  • 12:29
Qarabağ qapıçısı ilə müqaviləni yenilədi

“Qarabağ” klubu qapıçısı Şahruddin Məhəmmədəliyevlə müqavilənin müddətini uzadıb.

"Report" Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı qolkiperin yeni sözləşməsi 2023-cü ilin iyununadək nəzərdə tutulub.

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev 2016-cı ildən "Qarabağ"ın formasını geyinir.