“Qarabağ” “Neftçi”nin rekordunu təkrarlayıb
Futbol
- 02 oktyabr, 2023
- 06:57
“Qarabağ” Azərbaycan çempionatlarında 138-ci böyükhesablı qələbəsini qazanaraq, “Neftçi”nin rekordunu təkrarlayıb.
“Report” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Premyer Liqanın VIII turunda “Sumqayıt”la görüşə təsadüf edib.
Ağdam təmsilçisi rəqibini 5:0 hesabı ilə üstələyərək, 138-ci böyükhesablı qalibiyyətini əldə edib.
“Qarabağ” həm də öz meydanında qazanılan belə qələbələrin sayında “Neftçi”yə çatıb. Hər iki komanda evdə 89 dəfə 3 və ya daha çox top fərqi ilə qalib gəlib.
Qeyd edək ki, ağdamlılar ölkə çempionatlarında ilk böyükhesablı qələbələrini 1992-ci il mayın 6-da Kürdəmir “Şirvan”ı ilə qarşılaşmada əldə ediblər – 6:0.
Son xəbərlər
13:19
Foto
İlk köç karvanı Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə çatıb - YENİLƏNİB
Daxili siyasət13:17
Azərbaycan daha bir ölkədən gavalı və göyəm tədarük etməyə başlayıb
ASK13:14
"Ayaks" yetirməsi Deyli Blindlə 1 illik müqavilə bağlayıb
Futbol13:13
Azərbaycan iqtisadi nümayəndə heyəti yaxın zamanlarda İordaniyaya səfər edəcək
Xarici siyasət13:12
Foto
Yeni Klinikada Tibbi Tədris - Simulyasiya Mərkəzinin açılışı olub
Sağlamlıq13:09
Azərbaycan və İordaniya arasında növbəti siyasi məsləhətləşmələr keçirilib
Xarici siyasət13:06
Azərbaycan və Türkmənistan "Ana təbiət" beynəlxalq tədbirini keçirəcək
Xarici siyasət13:03
Sinequbov: Xarkovda Rusiyanın endirdiyi zərbə nəticəsində 2 nəfər ölüb, 23 nəfər yaralanıb
Region13:01