"Qarabağ" - "Molde" matçının vaxtı məlum oldu
Futbol
- 01 sentyabr, 2020
- 05:42
"Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç "Molde"si ilə keçirəcəyi oyunun vaxtı müəyyənləşib.
Bu barədə "Report"a Ağdam təmsilçisinin Mətbuat Xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib. O, qarşılaşmanın böyük ehtimalla, sentyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcəyini və saat 20:00-da başlayacağını söyləyib.
Klub rəsmisi son qərarın UEFA tərəfindən açıqlanacağını diqqətə çatdırıb: "Biz matçı 16 sentyabr saat 20:00-a təyin etmək istədiyimizi Avropa futbol qurumuna bildirmişik. Son qərarı isə UEFA verəcək".
Qeyd edək ki, "Molde" "Qarabağ"la matçın neytral meydana təyin olunmasını istəyib, Ağdam klubu buna rədd cavabı verib.
Son xəbərlər
16:57
Azərbaycan Yunanıstanla müntəzəm hava əlaqəsinin perspektivlərini müzakirə edib
Turizm16:53
Azərbaycanın sumo millisi Yaponiyada təlim-məşq toplanışına start verib
Komanda16:43
Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"
Biznes16:42
Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb
Hadisə16:38
Fransada meşə yanğınlarını törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
Digər ölkələr16:34
"Mançester Siti" Yoşko Qvardiolla müqavilə müddətini 2031-ci ilədək uzadıb
Futbol16:18
Aİ Rusiyanın müvəqqəti işlər vəkilini konsulluqlara hücumlar səbəbilə çağırıb
Digər ölkələr16:14
Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kuboku avqustda keçiriləcək
Fərdi16:13