"Qarabağ" - "Marsel" oyununa 3 mindən az bilet qalıb
Futbol
- 23 fevral, 2022
- 07:03
"Qarabağ" və Fransanın "Marsel" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu üçün indiyədək satılmış biletlərin sayı açıqlanıb.
"Köhlən atlar"ın Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, qarşılaşma üçün 12 500-dən çox bilet alınıb.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçda koronavirus pandemiyası ilə əlaqədar stadion tutumunun 50 faizi qədər azarkeş tribunalara buraxılacaq. Bu səbəbdən 15 500 bilet satışa çıxarılıb.
Qeyd edək ki, fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Fransadakı ilk oyunda "Qarabağ" 1:3 hesabı ilə uduzub.
Son xəbərlər
22:37
İstanbulda "Marksist-Leninst Kommunist Partiyası" adlı terror təşkilatına qarşı əməliyyat keçirilib
Region22:20
Kriptovalyuta bazarı bir gündə 436 mindən çox mövqe itirib
Maliyyə22:06
Biləsuvarın bəzi ərazilərində işıq olmayacaq
Energetika21:46
Baş katib: ATƏT Avropada müharibənin qarşısını almağa çalışır
Digər ölkələr21:38
KİV: "Hizbullah"ın kəşfiyyat rəhbəri istefa verib
Digər ölkələr21:33
AŞF prezidenti: "Şahmat üzrə Azərbaycan çempionatının mükafat fondunun artırılması nəzərdə tutulub"
Fərdi21:24
Rauf Məmmədov: "Azərbaycan çempionatında gənc və potensiallı şahmatçılar çoxluq təşkil edir"
Fərdi21:19
Azərbaycan Premyer Liqasında XIX turun təyinatları məlum olub
Futbol21:02