"Qarabağ" klubu dünya reytinqində bir pillə geriləyib
Futbol
- 16 yanvar, 2026
- 09:00
"Qarabağ" klubu dünya reytinqində bir pillə geriləyib.
"Report"un məlumatına görə, bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda əksini tapıb.
182,5 xalı olan Azərbaycan çempionu 68-ci yerdən 69-cu sıraya düşüb.
"Sabah" (93,5 xal) 252-ci mövqedən 224-ə qalxıb. "Zirə" (66,75) 360-cı sıradan 389-a enib. "Araz-Naxçıvan" (60,25) 486-cı pillədən 456-ya, "Neftçi" (51,25) 563-dən 553-dək irəliləyib. "Turan Tovuz" (45) da geriləyən klublar sırasındadır. Tovuz komandası 608-ci pillədən 627-yə düşüb.
Qeyd edək ki, 704 klubun yer aldığı cədvəldə Fransa təmsilçisi PSJ (613) liderdir.
Son xəbərlər
17:29
Tunis yığmasının 8 futbolçusunun orqanizmində istifadəsi qadağan olunmuş maddə tapılıb
Futbol17:28
Londonda Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzinin rəhbəri vəfat edib
Hadisə17:28
Bakıda 3 marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
İnfrastruktur17:26
Yeni prioritetlər: dövlət xidmətləri bir mərkəzdə cəmlənir - TƏHLİL
Analitika17:21
Foto
Stolüstü tennis üzrə Respublika birinciliyinin qalibləri müəyyənləşib
Fərdi17:21
Foto
Azərbaycanda sayca üçüncü KOB klaster şirkəti yaradılıb
Biznes17:14
Son bir həftədə yaşıllıqlara 211 min manatdan çox ziyan dəyib
Ekologiya17:10
Almaniyada "Mercedes-Benz"in işçiləri etiraz aksiyalarına çıxıblar
Digər ölkələr17:10