"Qarabağ" italiyalı hücumçu ilə danışıqlar aparır
Futbol
- 21 sentyabr, 2020
- 08:26
"Qarabağ" klubu İtaliyanın "Kyevo" klubunun futbolçusu Manuel Puççarelli ilə maraqlanır.
"Report" "Lanazione.it" saytına istinadən xəbər verir ki, 29 yaşlı hücumçu ilə danışıqlar davam etdirilir.
İddiaya görə, italiyalı futbolçunun özü də Azərbaycan çempionunun formasını geyinməkdə maraqlıdır.
"Qarabağ"ın baş meneceri Asif Əsgərov "Report"a açıqlamasında xəbəri nə təsdiq, nə də təkzib edib: "Mən real məsələlərdən danışıram. Həmin futbolçu nə bizim düşərgəmizdədir, nə də başqa bir şey var. Ona görə bu barədə nə isə deyə bilmərəm. Transfer olanda ictimaiyyətə açıqlama veririk".
Qeyd edək ki, "Empoli"nin yetirməsi olan Manuel Puççarelli yalnız ölkəsində çıxış edib. O, "Qavorrano" klubunun da formasını geyinib.
Son xəbərlər
16:22
Foto
Şərif Ağayar: Qələmin də ilahi ədaləti var
Ədəbiyyat16:18
Avropa Liqası: "Fənərbağça"nın pley-offdakı rəqibi müəyyənləşib
Futbol16:18
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Ekologiya16:13
İsrail diplomatı CAR-da "persona non qrata" elan edilib
Digər ölkələr16:09
Tramp ABŞ Federal Ehtiyat Sisteminin sədri vəzifəsinə Kevin Uorşu irəli sürüb
Digər ölkələr16:09
Foto
Konstitusiya Məhkəməsi Aparatının 2025-ci ilin yekunlarına dair hesabat iclası keçirilib
Hadisə16:03
"Lənkəran" klubu Bilal Şabaz ilə yolları ayırıb
Komanda16:01
Foto
Video
Zəfərdən intibaha: Qarabağın təhsil mərkəzi Xankəndidən REPORTAJ
Qarabağ16:00
Foto