"Vilyarreal"ın futbolçusunda koronavirus aşkarlandı
Futbol
- 14 oktyabr, 2020
- 08:47
"Qarabağ" klubunun Avropa Liqasının I qrupundakı rəqiblərindən olan İspaniya "Vilyarreal"ının futbolçusu Sofian Çaklada koronavirus aşkarlanıb.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçinin Mərakeş yığmasında olarkən verdiyi testin nəticəsi müsbət çıxıb. Yüngül simptomlarla vətənində təcrid olunan Çakla sağaldıqdan sonra İspaniyaya dönə biləcək.
Qeyd edək ki, daha əvvəl "Vilyarreal"ın aparıcı hücumçusu Jerar Moreno və Pervis Estupinyan zədələnib. "Qarabağ" "Vilyarreal"la oktyabrın 29-da evdə, dekabrın 11-də isə İspaniyada üz-üzə gəlməlidir. Ağdam təmsilçisi ilk turda İsrail Makkabisinin (Tel-Əviv) qonağı olacaq. İspaniya klubu isə Türkiyə "Sivasspor"unu qəbul edəcək.
Son xəbərlər
10:26
TANAP ilə 100 milyard kubmetrə yaxın qaz nəql edilib
Energetika10:14
DYP "Son zəng" günü ilə əlaqədar məzunlara və valideynlərə müraciət edib
Hadisə10:13
BTC ilə 5 ayda Qazaxıstan neftinin tranziti təxminən 600 min ton təşkil edib
Energetika10:13
Braziliya yığmasının heyətində dünya çempionu olan Brito vəfat edib
Futbol10:12
Üfüqi monitorinq çərçivəsində məlumat mübadiləsinə dair inzibati reqlament təsdiqlənib
Biznes10:07
Cənubi Koreya mundiallarda Avropa komandaları üzərində ardıcıl 3-cü qələbəsini qazanıb
Futbol10:06
NATO-nun Avropadakı əməliyyat imkanları ABŞ-nin qərarı ilə məhdudlaşa bilər
Digər ölkələr10:03
Bakı-Qazax magistralında ildırım vuran yük maşını yanıb
Hadisə10:01