"Qarabağ"ın rəqibi futbolçusunu Türkiyə klubuna satmaqdan imtina edib
Futbol
- 08 sentyabr, 2025
- 16:03
UEFA Çempionlar Liqasında "Qarabağ"la üz-üzə gələcək Niderlandın "Ayaks" klubu futbolçusu Miki Qodtsu Türkiyə təmsilçisi "Beşiktaş"a satmaqdan imtina edib.
"Report" HLN nəşrinə istinadən xəbər verir ki, İstanbul komandası 20 yaşlı hücumçu üçün 10 milyon avrodan çox təklif edib.
Lakin Amsterdam təmsilçisi hazırda oyunçusu ilə yollarını ayırmaq niyyətində deyil. "Beşiktaş" isə təklifi yeniləyə bilər. Türkiyədə transfer dönəmi sentyabrın 12-dək açıqdır.
Qeyd edək ki, Miki Qodts 2024/2025 mövsümündə bütün yarışlarda 47 matçda 8 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla 2029-cu ilin yayınadək müqaviləsi var. "Qarabağ" "Ayaks"la dekabrın 10-da Bakıda üz-üzə gələcək.
Son xəbərlər
20:24
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIV tura start verilib
Komanda20:15
Foto
Anar Quliyev italiyalı səfirlə şəhərsalma və memarlıq sahələrində əməkdaşlığı müzakirə edib
İnfrastruktur20:03
AFFA Oyunçuların Statusu və Transferi Komitəsinin sədri dəyişib
Futbol20:00
Anna Bordon: "Ortamüddətli perspektivdə Azərbaycanda iqtisadi artım templəri təxminən 2,5 % səviyyəsində sabitləşəcək"
Maliyyə19:54
ABŞ Sülh Şurası üçün 10 milyard dollar ayıracaq
Xarici siyasət19:44
AFFA Hakimlər Komitəsinin tərkibi formalaşıb, referilər üçün yeni bonus sitemi təsdiq edilib
Futbol19:39
Foto
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib, bir sıra qərarlar qəbul olunub
Futbol19:38
Vens sülh prosesindəki səylərinə görə Azərbaycan və Ermənistana təşəkkür edib
Xarici siyasət19:29
Foto