"Qarabağ"ın rəqibi "Ayaks"ın futbolçusunu alır
Futbol
- 14 yanvar, 2022
- 05:02
Niderlandın "Ayaks" klubunun futbolçusu Nikolas Talyafiko karyerasını Fransada davam etdirə bilər.
"Report" "RMC Sport"a istinadən xəbər verir ki, "Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi olan "Marsel" 30 yaşlı müdafiəçini heyətinə qatmaq istəyir.
Fransa təmsilçisi argentinalı oyunçunu satın alma öhdəliyi ilə mövsümün sonunadək icarəyə götürmək niyyətindədir. Artıq Amsterdam klubuna Talyafiko ilə bağlı rəsmi təklif də edilib.
Qeyd edək ki, Nikolas Talyafiko 2021/2022 mövsümündə 13 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
"Qarabağ" "Marsel" komandası ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.
Son xəbərlər
20:52
"Sumqayıt" portuqaliyalı mütəxəssis Filipe Kandido ilə 1 illik müqavilə bağlayıb
Futbol20:50
Foto
"Qarabağ" "Vestri" ilə oyunda fasiləyə üstün yollanıb - YENİLƏNİB-2
Futbol20:37
Konqoda Ebola ilə mübarizə aparan tibb işçiləri etiraz aksiyaları keçiriblər
Digər ölkələr20:21
Kats: İsrail İrana qarşı hərbi əməliyyatı bərpa etməyə hazırdır
Digər ölkələr19:44
"Arsenal" Uilyam Saliba üçün azı 150 milyon avro tələb edir
Futbol19:38
Foto
Vüqar Mustafayev Səlcuq Bayraktarla hərbi-texniki əməkdaşlığı müzakirə edib
Hərbi19:21
Foto
Düşənbə və Bakı ikitərəfli münasibətlərin müsbət dinamikasını qeyd edib
Xarici siyasət19:14
Samvel Karapetyanın ev dustaqlığı 2 ay uzadılıb
Digər ölkələr19:11