"Qarabağ"ın potensial rəqibinin baş məşqçisi dəyişdi
Futbol
- 22 sentyabr, 2020
- 07:33
"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi Polşa "Legiya"sında baş məşqçi dəyişikliyi olub.
"Report" Varşava təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komanda serbiyalı baş məşqçi Aleksandr Vukoviçlə yollarını ayırıb.
Onun əvəzinə bu postda Polşanın U-21 yığmasının baş məşqçisi Çeslav Mixneviç gətirilib. O, müqaviləsinin bitəcəyi noyabradək yığmadakı vəzifəsində də qalacaq.
Qeyd edək ki, Çeslav Mixneviç 2017-ci ilin iyulunda U-21 komandasının baş məşqçisi təyin edilib. 50 yaşlı mütəxəssisin rəhbərliyi altında həmin il komanda Polşa millisi pley-offda Portuqaliyaya qalib gəlib və 1994-cü ildən sonra ilk dəfə Avropa çempionatına vəsiqə qazanmağa müvəffəq olub.
Son xəbərlər
20:13
Hörmüz boğazında gəmi PUA ilə vurulub - YENİLƏNİB
Region20:13
Xorvatiya XİN: İranın Naxçıvana PUA hücumu qlobal təhlükəsizliyə təhdid yaradır
Xarici siyasət20:09
Tramp: ABŞ Yaxın Şərqdən minlərlə insanı təxliyə edir
Digər ölkələr20:08
Foto
Azərbaycan Moldova ilə perspektivli sahələrdə investisiya imkanlarını araşdıracaq
Biznes19:58
Sudan İranın Azərbaycan ərazisinə PUA hücumlarından narahatlığını bildirib
Xarici siyasət19:57
ABŞ İranın Naxçıvana endirdiyi zərbələrdən sonra Azərbaycanla həmrəyliyini bəyan edib
Digər19:56
Antonio Koşta: Azərbaycan Aİ üçün strateji əhəmiyyətli tərəfdaş olaraq qalır
Xarici siyasət19:56
Hakan Fidan Ankaranın Türkiyə və Azərbaycana hərbi hücumlarla bağlı ciddi narahatlığını ifadə edib
Region19:50