"Qarabağ"ın legioneri Premyer Liqada yubiley matçını keçirib
Futbol
- 13 sentyabr, 2021
- 10:49

“Qarabağ”ın futbolçusu Filip Ozobiç Azərbaycan Premyer Liqasında 100-cü oyununu keçirib.
"Report" PFL-in saytına istinadən xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçinin yubileyi III turun “Neftçi” ilə səfər matçına (2:1) təsadüf edib.
2016-cı ildən Azərbaycan çempionatında çıxış edən 30 yaşlı futbolçu iki klubun formasını geyinib. O, 2016-2018-ci illərdə “Qəbələ”də 46, 2018-21-ci illərdə “Qarabağ”da 54 görüşdə iştirak edib. Filip Premyer Liqadakı 100 qarşılaşmada 38 qol vurub. Bunlardan 16-sı Qəbələ, 22-si Ağdam klubunun heyətində qeydə alınıb.
Qeyd edək ki, Filip Premyer Liqada ilk oyununu 2016-cı il avqustun 8-də “Qəbələ”nin heyətində “Kəpəz”ə (2:0) qarşı keçirib.
Son xəbərlər
23:54
"Taliban" hökuməti Hindistanla əlaqələri dərinləşdirmək niyyətindədir
Digər ölkələr23:26
Tramp HƏMAS-a sonuncu dəfə xəbərdarlıq edib
Digər ölkələr23:07
Zelenski: Putin açıq şəkildə danışıqlardan yayınır
Digər ölkələr22:53
ABŞ Qəzza zolağında atəşkəslə bağlı HƏMAS-a yeni təklif təqdim edib
Digər ölkələr22:33
Xaçmazda avtomobilin vurduğu piyada ölüb
Hadisə22:24
Rusiyanın cənubundakı "İlski" neft emalı zavodu Ukrayna tərəfindən sıradan çıxarılıb
Region22:12
Avropa Kuboku: Azərbaycan millisi gümüş medal qazanıb
Komanda21:54
Şəmkirdə ambulansın qəzaya uğraması nəticəsində xəsarət alanların vəziyyətləri açıqlanıb - YENİLƏNİB
Hadisə21:53
Foto