"Qarabağ"ın legioneri: "İtaliya klubu təmsilçimlə əlaqə saxlayıb"
Futbol
- 30 avqust, 2021
- 08:37

"Bunun nə dərəcədə doğru olduğunu bilmirəm. Çünki mənə dünən məlumat verilib".
Bu fikirləri "Report"a açıqlamasında "Qarabağ"ın futbolçusu Kevin Medina İtaliyanın "Salernitana" klubunun onunla maraqlandığına dair xəbərə münasibət bildirərkən deyib.
28 yaşlı kolumbiyalı müdafiəçi təmsilçisi ilə A Seriyası klubunun nümayəndələrinin əlaqə saxladığını bildirib.
O, "real təklif olsa, getməyi düşünərsinizmi" sualına belə cavab verib: "Həmişə təkliflərə qulaq asmalıyıq. Amma mən hazırda "Qarabağ"da çox xoşbəxtəm".
Qeyd edək ki, Kevin Medina "Qarabağ"a 2020-ci ilin yayında keçib. Onun "köhlən atlar"la müqaviləsi 2022-ci ildə başa çatmalıdır. "Salernitana" cari mövsüm A Seriyasında keçirdiyi hər iki matçda məğlub olub.
Son xəbərlər
18:29
ADSEA sədrinin vətəndaşlarla görüşünün tarixi dəyişdirilib
İnfrastruktur18:25
Perinatal Mərkəzdəki yanğınla bağlı məhkəmədə: Yanğın zamanı otaqda 9 körpə vardı
Hadisə18:25
Sabah Sumqayıtın bəzi hissələrində qaz olmayacaq
Energetika18:25
Foto
Azərbaycan və Estoniya parlamentlərarası əlaqələri müzakirə olunub
Xarici siyasət18:22
BMT rəsmisi Azərbaycanın məcburi köçkünlərlə bağlı təcrübəsini üzv dövlətlərə nümunə göstərib
Xarici siyasət18:21
Türkiyə Nəqliyyat Nazirliyi: Orta Dəhliz etibarlı marşrutdur, geosiyasi risklər minimumdur
Region18:10
DYP sərnişindaşıma xidməti göstərən fiziki və hüquqi şəxslərə çağırış edib
Hadisə18:06
Azərbaycanda 169 qadın taksi sürmək üçün şəhadətnamə alıb
İnfrastruktur18:06