"Qarabağ"ın İspaniyaya səfər proqramı bəlli olub, kluba 600 bilet ayrılıb
Futbol
- 20 oktyabr, 2025
- 11:02

UEFA Çempionlar Liqasının əsas mərhələsində İspaniyada "Atletik"lə üz-üzə gələcək "Qarabağ"ın səfər proqramı bəlli olub.
Bu barədə "Report"a Azərbaycan çempionunun Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev məlumat verib.
Onun sözlərinə görə, komanda bu gün, saat 18:00-da çarter reysi ilə İspaniyaya yollanacaq.
Oktyabrın 21-də, yerli vaxtla saat 18:15-də Qurban Qurbanovun mətbuat konfransı, 18:45-də isə komandanın açıq məşq təşkil olunacaq.
Sözügedən qarşılaşma üçün "Qarabağ"a 600 bilet ayrılıb və ilkin olaraq onlardan 400-ə yaxını satılıb.
Qeyd edək ki, "Atletik" - "Qarabağ" matçı oktyabrın 22-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
Son xəbərlər
13:35
Zelenski hərbi vəziyyətin və səfərbərliyin uzadılması haqqında qanun layihələrini Radaya təqdim edib
Region13:29
Macarıstan klubuna uduzan "Kür"ün baş məşqçisi: "Altı həndbolçumuz zədəli idi"
Komanda13:23
Foto
Azərbaycan Basketbol Federasiyasının məşqçilər üçün seminarı başa çatıb
Komanda13:20
ANAMA-nın əməkdaşı Xocavənddə minaya düşüb, ayağı amputasiya edilib
Hadisə13:19
Fransa Rusiyaya qarşı 20-ci sanksiya paketi üzərində işə başlamağı təklif edəcək
Digər ölkələr13:09
Zelenski Makronla görüşəcək
Digər ölkələr13:01
Foto
Azərbaycan bir sıra maliyyə institutları ilə tərəfdaşlığı genişləndirmək istəyir
Maliyyə12:59
AZAL təyyarəsinin sərnişinləri Pulkovoda məcburi enişdən sonra Bakıya yollanıblar - YENİLƏNİB
İnfrastruktur12:51
Foto